Xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

17 dekabr 2023 170

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində reallaşan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Üç gün davam edən yarışda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu güclərini sınayıb.

Çempionatın sonuncu günündə 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında 73 kiloqram, 100 kiloqram və +100 kiloqram, qadınlar arasında isə 57 kiloqram, 78 kiloqram və +78 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın son nəticəsinə əsasən, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə "Atilla" İdman Klubu, 2-ci yerə "Neftçi" İdman Klubu, 3-cü yerə isə "Cüdo Klub 2012" layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.

Qadınlar

48 kiloqram

1. Şəfəq Həmidova

2. Ramilə Əliyeva

3. Xumar Qasımzadə

3. Leyla Dəmirova

52 kiloqram

1. Zeynəb Məmmədova

2. Nuray Quliyeva

3. Ayşə Qurbanlı

3. Fəridə Mirzəyeva

57 kiloqram

1. Elmira Mustafayeva

2. Nərgiz Hacıyeva

3. Fidan Qasımova

3. Nilgün Rzayeva

63 kiloqram

1. Leyla Hüseynova

2. Kamilla Töhöliyeva

3. Diana Şoranova

3. Leyla Atayeva

70 kiloqram

1. Günel Həsənli

2. Pərvanə Abdullayeva

3. Səkinə Baxşıyeva

3. Aygül İsmayılova

78 kiloqram

1. Fidan Tarverdiyeva

2. Nərmin Əmirli

3. Aysu Həsənova

3. Əsmər Əliyeva

78 kiloqram

1. Nigar Süleymanova

2. Elnarə Rəşidova

3. Aytəkin Paşazadə

3. Kəmalə Hüseynova

Kişilər

60 kiloqram

1. Nazir Talıbov

2. Babarəhim Mirzəyev

3. Hüseyn Allahyarov

3. Kənan Hüseynov

66 kiloqram

1. Rəşad Yelkiyev

2. Tofiq Məmmədov

3. Zahir Ağazadə

3. Kamran Süleymanov

73 kiloqram

1. Rəşid Məmmədəliyev

2. İbrahim Əliyev

3. Süleyman Əliyev

3. Nurlan Osmanov

81 kiloqram

1. Məmmədrza Hacızadə

2. Kərim Allahverdiyev

3. Ömər Rəcəbli

3. Qədir Hüseynov

90 kiloqram

1. Elcan Hacıyev

2. Vüqar Talıbov

3. İbrahim Ağakişiyev

3. Şamil Tuncay

100 kiloqram

1. Hüseyn Dadaşov

2. Rüfət İsmayılov

3. Əjdər Bağırov

3. Ruslan Nəsirli

100 kiloqram

1. Camal Qamzatxanov

2. Ramazan Əhmədov

3. Kənan Nəsibov

3. Camal Feyziyev