Xəbərlər

Dakar-2026: Çin medal sıralamasında liderdir

06 noyabr 2026 - 23:55 20

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yeddinci yarış gününə yekun vurulub.

 

Günü medalsız başa vuran Azərbaycan komandası hazırda medal siyahısının 25-ci pilləsində qərarlaşıb. Siyahıya isə  9 qızıl, 3 gümüş və 2 bürünc medalla Çin Xalq Respublikasının komandası liderlik edir. Yaponiya komandası 8 qızıl, 2 gümüş, 4 bürünc medalla ikinci, Rusiya millisi isə 4 qızıl, 2 gümüş medalla üçüncü pillədədir. Aktivində 4 qızıl, 1 bürünc medal olan Misir dördüncü, 2 qızıl və 3 gümüş medal qazanan Xorvatiya komandası isə beşinci pillədə yer alır.

 

Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 1 qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarında -55 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Talıbov qazandırıb.  

 

Noyabrın 13-dək davam edəcək Oyunlarda 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın gənc idmançı mübarizə aparır. Azərbaycan komandası olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.