Xəbərlər

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

06 noyabr 2026 - 23:42 29

Noyabrın 7-də Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışlara start veriləcək.

 

Bu idman növündə Azərbaycanı iki idmançı təmsil edəcək. Təmsilçilərimizdən Günel Kərimli 55 kq, Nihad Süleymanlı isə 80 kq çəki dərəcəsində mübarizə aparacaq.

 

Yarışlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. İdmançılarımız final mərhələsinə yüksələcəkləri təqdirdə, Günel Kərimli saat 20:55-də, Nihad Süleymanlı isə saat 21:15-də həlledici görüşə çıxacaq.

 

Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki təmsilçimiz isə noyabrın 8-də mübarizəyə qoşulacaq.