EYOF-2025: Badmintonçularımızdan uğursuz başlanğıc
21 iyul 2025 - 13:18 544
Skopye-2025 çərçivəsində keçirilən badminton yarışlarına bu gün start verilib.
Bu gün komandamızın iki üzvü mübarizəyə başlayıb.
Komandamızın üzvü Viktoriya Kumanyayeva ilk görüşündə danimarkalı Diya Mari Çeriyan ilə üz üzə gəlib. İlk qarşılaşmada rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, daha öncə komandamızın digər üzvü Əli Gözəlov ilk qarşılaşmasını məğlubiyyətlə (0:2) başa vurub.
İdmançımız Bakı vaxtı ilə 18:30-da kosovalı Dionis Morina ilə növbəti görüşünə çıxacaq.
Qeyd edək ki, badminton yarışları Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə təşkil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı