Gəncədə III MDB Oyunlarına test xarakteri daşıyan güllə atıcılığı üzrə çempionat keçirilir
08 sentyabr 2025 - 23:00 473
Gəncə İdman Sarayında III MDB Oyunlarına hazırlıq və test xarakteri daşıyır güllə atıcılığı üzrə turnirinin ilk yarış günü başa çatıb.
Bakı Şəhər Halqasından bildirilib ki, çempionat Gənclər və İdman Nazirliyi, III MDB Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Turnirin ilk günündə kişilər və qadınlar arasında 10 metr məsafədən pnevmatik tapança və pnevmatik tüfənglə atəş açma üzrə 4 dəst medal uğrunda mübarizə aparılıb. Ümumilikdə turnirdə 83 idmançı yarışıb.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
III MDB Oyunları çərçivəsində güllə atıcılığı yarışları Gəncə İdman Sarayında təşkil olunacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı