İspaniyada “Formula-1” mövsümünün 9-cu turuna start verilir
30 may 2025 497
Cümə günü “Formula-1” üzrə dünya çempionatının 2025-ci il mövsümünün doqquzuncu turunun proqramı - İspaniya Qran-prisi başlayır.
Yarış “Barselona-Katalunya” avtodromunda keçiriləcək.
Çox da inamlı olmayan startdan sonra keçən mövsümün vitse-çempionu britaniyalı Lando Norris tədricən forma alır; Monakoda o, seçmə mərhələdə və yarışda qalib gələrək mükəmməl çıxış edib və indi komanda yoldaşı avstraliyalı Oskar Piastridən cəmi üç xal geri qalır. Fərdi turnir cədvəlinin liderini 25 xal geridə qoyan “Red Bull”dan dördqat dünya çempionu Maks Verstappen “McLaren” pilotlarının mübarizəsindən hər an yararlana bilər.
Barselona 1991-ci ildən dünya çempionatının raunduna ev sahibliyi edir. Avtodrom Avropa traslarından bütün ən yaxşı ideyalarını nəzərə almağa çalışan Luis Peres-Salanın layihəsinə uyğun olaraq tikilib. Yarış trası 16 döngədən ibarətdir - 7 sola və 9 sağa. Başlanğıc düzü 1 047 metr uzunluğundadır və trasın ən uzun yüksək sürətli hissəsidir.
İspaniya Qran-prisində qələbələrin sayına görə rekordçular yeddiqat dünya çempionları alman Mixael Şumaxer və britaniyalı Lüis Həmiltondur, onlar hərəyə altı dəfə qalib gəliblər. Hazırkı pilotlardan Verstappen (2016, 2022, 2023, 2024) və ispaniyalı Fernando Alonso (2006, 2013) Barselonada da qələbə qazanıblar.
Bənzər xəbərlər
Fiqurlu konkisürənimiz Milan-Kortina-2026-da çıxışını başa vurdu
İtaliyada keçirilən Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində fiqurlu konkisürmə yarışlarında ... Ətraflı
Milan-Kortina-2026: Fiqurlu konkisürmə yarışında tarixi an
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Təxminən 50 ildən ... Ətraflı