Legioner güləşçiyə yüksək mükafat verildi
28 avqust 2024 1260
Paris-2024 Yay Olimpiya Oyunlarında Bəhreyn bayrağı altında çıxış edən dağıstan əsilli güləşçi Olimpiya çempionu Əhməd Tacutdinova (97 kq) mükafat təqdim olunub.
O, Bəhreyn kralı Həməd ibn İsa Əl Xəlifədən “Ölkə qarşısında birinci dərəcəli xidmətlərə görə” medalını alıb. Bu barədə sərbəst güləşçi sosial şəbəkə hesabında paylaşıb.
“Bu gün əlahəzrət kraldan “Vətənə xidmətə görə birinci dərəcəli” medalını almaqdan şərəf duydum».
Məlumat üçün bildirək ki, Tacutdinov finalda gürcü Givi Maçaraşvilini məğlub edərək, Bəhreynə ilk Olimpiya medalını qazandırmışdı.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı