MOK-da idman könüllüləri ilə görüş olub
13 oktyabr 2025 - 16:03 869
Oktyabrın 13-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman könüllülərinin mükafatlandırma mərasimi keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov könüllülər, tələbələr və idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Fərid Mansurov Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bildirib və bu yarışlarda könüllülərin roluna xüsusi diqqət çəkib. O, hər bir iri miqyaslı idman tədbirində könüllülərin dəstəyinə ehtiyac duyulduğunu vurğulayaraq, ölkədə könüllülük siyasətinin daha da möhkəmlənməsinin vacibliyini qeyd edib.
Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev könüllülük proqramı layihəsinin gələcək üçün prespektiv olduğunu, qeyd edərək, onlara fəaliyyətlərinə və dəstəklərinə görə təşəkkürünü bildirib.
MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov dünyanın hər bir ölkəsində böyük layihələrdə könüllülərin rolunu əvəzolunmaz hesab edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən könüllülər əldə etdikləri təcrübələrdən danışaraq, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Sonda bütün könüllülərə sertifikatlar və hədiyyələr təqdim olunub.
Tədbir xatirə fotosu ilə başa çatıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı









