Rusiya nümayəndə heyətinin ilk qrupu III MDB Oyunlarında iştirak üçün artıq Azərbaycandadır
24 sentyabr 2025 - 14:22 495
III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə başlayıblar.
Bu gün Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər. Onlar stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar.
Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı