Ruzanna Məmmədova dünya ikincisi olub
21 avqust 2025 - 21:30 674
Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.
Yarışın beşinci günündə növbəti medal qazanılıb.
Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı boynundan asıb.
Bununla da cari mundialda medallarımızın sayı 5-ə çatıb. Xatırladaq ki, daha öncə Vasif Bağırov (57 kiloqram), Nurlan Ağazadə (70 kiloqram), Yusif Dursunov (125 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı