Sablyaçılarımız Avropa birinciliyində 11-ci olub
25 fevral 2025 759
Azərbaycanın qız sablyaçılardan ibarət millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Fərəh Abasova, Leyla Əhmədova, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət sablya üzrə kollektiv Avropa çempionatında 11-ci olub.
İlk görüşündə Ukrayna yığmasına 29:45 hesabı ilə uduzan sablyaçılar 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə İspaniyaya 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə polşalı rəqiblərinə 37:45 hesabı ilə məğlub olublar. Komanda 11-ci yer uğrunda keçirilən qarşılaşmada Bolqarıstan millisini 45:42 hesabı ilə üstələyib.
Vahab Fətullayev, Emin Səfərbəyov və Oruc Misirzadədən ibarət qılıncoynatmanın şpaqa növü üzrə komanda isə ilk görüşündə Avstriya yığmasına 34:45 hesabı ilə uduzaraq turniri 18-ci sırada başa vurub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı