Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub
30 iyun 2024 1171
Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.
Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər. Üç gün davam edən yarışda paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.
Nəticələrə əsasən, şəxsi yarışlarda Xədicə Babazadə ilə Vaqif Babayev ölkə çempionu olub. Qoşa mübarizədən Sofiya Trofimenko – Xədicə Babazadə tandemi ilə Vaqif Babayev – Zərbah Muradov cütü qalib ayrılıb.
Qarışıq qoşa növündə isə Vaqif Babayevlə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəliblər.
Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.
Bənzər xəbərlər
İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
Sentyabrın 9-10-da İtaliyanın Vareze şəhərində yerləşən Avstraliya İdman İnstitutunun (AIS) ... Ətraflı
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən ... Ətraflı