15-18 sentyabr tarixlərində Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatından Azərbaycan samboçuları 10 medalla qayıdıb
19 sentyabr 2022 1605
Yeniyetmələrdən Musaxan Gülməmmədov (64 kq) gümüş, Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq) və Orxan Məcidli (+98 kq) bürünc medal qazanıblar.
Gənc samboçulardan Elvin Bağırov (64 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.
17-18 sentyabrda keçirilmiş böyüklərin yarışından isə Azərbaycan samboçuları 4 medalla qayıdıb. Belə ki, idman sambosunda Ceyhun Hüseynov (88 kq) gümüş, Mirfəttah Seyidəliyev (64 kq) və 1 illik cəzadan sonra ilk beynəlxalq yarışında çıxış edən Emil Həsənov (71 kq) bürünc medal qazanıb. Ramil Vəliyev (79 kq) isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycanın sambo üzrə əsas millisinin bu il növbəti yarışı Qırğızıstanın paytaxtı Bişkekdə olacaq. Komandamız 11-13 noyabr tarixlərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı


