Xəbərlər

Norris Qətərdə ilk dəfə "Formula 1" çempionu ola bilər

28 noyabr 2025 - 10:50 17

Bu gün Lusaildə "Formula 1" üzrə 2025-ci il dünya çempionatının XXIII mərhələsi, Qətər Qran-prisi başlayır.

 

Bu raund mövsümün sonuncusu olduğu üçün sprint yarışı olacaq.

 

Çempionatın bitməsinə iki mərhələ qalıb və mövsümün qalibi bu həftəsonu müəyyənləşə bilər. "McLaren"dən olan britaniyalı Lando Norris avstraliyalı komanda yoldaşı Oskar Piastrini və son dörd mövsümün çempionu, "Red Bull"dan niderlandlı Maks Ferstappeni 24 xal qabaqlayır.

 

Norrisin qalib gəldiyi və Piastrinin dördüncü yeri tutduğu son Las Veqas Qran-prisində hər iki "McLaren" pilotunun texniki uyğunsuzluqlara görə diskvalifikasiyası olmasaydı, britaniyalının üstünlüyü daha böyük ola bilərdi.

 

Lakin britaniyalının indiki xalları olduqca təsiredicidir. Karyerasında ilk titulunu qazanmaq üçün o, Qətərdəki sprint və əsas yarışda Piastri və Ferstappendən iki xal çox toplamalıdır.

 

Qətər 2021-ci ildə koronavirus pandemiyası səbəbindən ləğv edilən Avstraliya Qran-prisini əvəz edərək ilk dəfə "Formula 1" mərhələsinə ev sahibliyi edib. Yarışın Qətərdə keçirilməsi ilə bağlı 10 illik müqavilə 2023-cü ildə qüvvəyə minib.

 

Qeyd edək ki, Qətər Qran-prisində əsas yarış bazar günü baş tutacaq.