Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
28 noyabr 2025 - 11:13 591
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçirilir.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov "Master Class" kateqoriyasında 63 kiloqram çəki dərəcəsində kikboksinqin "Light Contact" və "Kick Light" versiyalarında qızıl medal qazanıb.
O, "Light Contact" növündə Sinqx Qurmare (Böyük Britaniya), Emanuel Kortes (Portuqaliya), Simone Kaloqeronu (İtaliya), "Kick Light" növündə isə Ola Alvarsson (İsveç), Bencamin Qallant (Kanada) və S.Kaloqeronu məğlub edib.
Bununla da Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub.
Turnirə noyabrın 30-da yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı