2030-cu ildə Qış Olimpiya Oyunları Alp dağlarında keçiriləcək
10 aprel 2025 511
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası Olimpiya evində təşkil olunmuş hibrid formatda keçirilən iclasda BOK-un 2030-cu il Olimpiya Oyunlarının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb.
Bu barədə BOK-un icraçı direktoru Kristof Dubi məlumat paylaşıb.
Fransız Alpları, BOK tərəfindən müəyyən edilmiş müddətdə Oyunların keçirilməsinə zəmanət verildiyi təqdirdə, Parisdə BOK-un 142-ci sessiyasında 2030-cu ildə XXVI Olimpiya və Paralimpiya Qış Oyunlarının keçirildiyi yer seçildi.
"2030-cu il Qış Olimpiya Oyunlarının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb", - deyə Dubi bildirib.
2030-cu il Qış Olimpiya Oyunları Fransanın iki regionunda keçiriləcək: Overn-Rona-Alp dağları və Provans-Alp-Cot d'Azur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı