Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13 noyabr 2026 - 12:22 57
Bu gün Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi təşkil olunacaq.
Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da baş tutacaq mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərasimdə gənc idmançılar Olimpiya məşəlinin söndürülməsindən əvvəl sonuncu dəfə bir araya gələcəklər.
Bağlanış mərasimində Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə Oyunların gümüş mükafatçıları - boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) daşıyacaqlar.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz – III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdılar.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 3 qızıl və 3 gümüş medal var. Qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (-73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar. Komandamız hazırda bu nəticə ilə ümumi medal sıralamasındda 11-ci pillədə qərarlaşır.
Bənzər xəbərlər
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Azərbaycan ... Ətraflı
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə ... Ətraflı