3 atıcımız ISSF Qran Pri yarışlarının finalına yüksəlib
11 yanvar 2025 374

7-12 yanvar tarixlərində Sloveniyanın Ruş şəhərində keçirilən güllə atıcılığı üzrə ISSF Qran Pri yarışlarında ölkəmizi uğurla təmsil edən Nigar Nəsirova, Ruslan Lunev və Vladislav Kalmıkov final mərhələsinə vəsiqə qazanıblar.
İlin ilk beynəlxalq turnirində Nigar Nəsirova qadınlar arasında 10 metr pnevmatik tapança növündə 570 xal toplayaraq finala yüksəlib. Kişilər arasında keçirilən yarışda isə Vladislav Kalmıkov 580, Ruslan Lunev isə 576 xalla final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı