300- ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü işıqlandıracaq
13 sentyabr 2024 941
Bu il Bakı yarışının qlobal izləyici kütləsinin rekord həddə çatacağı gözlənilir.
Dünyanın ən nüfuzlu idman tədbirinə paytaxt Bakı 8 -ci dəfə ev sahibliyi edəcək. 13-15 sentyabr tarixlərində baş tutacaq yarışı 300-ə yaxın media nümayəndəsi işıqlandıracaq.
Bunların 200-ə yaxını beynəlxalq jurnalistlərdir. Dünya media nəhəngləri Sky Sports, Motorsport, Canal+, Netflix, The Sun və sair bu sıradayer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşacaq.
Tədbirin promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan Media Mərkəz jurnalistlərin artıq ixtiyarındadır. Yarış həftəsi, çərşənbə günündən etibarən fəaliyyətə başlayan Mərkəzdə yerli və xarici media mənsubları Media Akkreditasiya Mərkəzinin, Media Mərkəzinin xidmətlərindən faydalanır. Həmçinin, mərkəzdə komandaların mətbuat konfransları həyata keçirilir. Jurnalistlər sorğularını Mərkəzin qəbul-sorğu masalarına yönəldə bilir.
Media Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə uyğun qaydada təsis edilir.
Qeyd edək ki, 2023 -cü il Formula 1 Azərbaycan Qran Prisini televiziya və sosial media platformalarından 90 milyon insan izləyib.
Formula 1 tərəfindən təqdim edilən rəsmi statistikaya əsasən 2022 -ci ildə bu rəqəm 59 milyon olmuşdur. Ümumi olaraq azarkeş və turist sayında, eyni zamanda bilet satışlarındakı rekordu nəzərə alaraq, bu il Azərbaycan Qran Prisinin qlobal izləyici sayında da daha bir rekorda imza atılacağıistisna deyil.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı

