AAF-ın heyəti Bəhreyndə bir sıra görüşlər keçirib
05 dekabr 2024 558
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Bəhreyndə səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib.
AAF-dan verilən məlumata görə, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud, həmçinin I vitse-prezidenti Ursula Papandrea, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti və Bəhreyn Ağırlıqqaldırma Federasiyasının prezidenti Ebrahim Eshaqla bir araya gəliblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdən sonra həmin şəxslərə Azərbaycan Ağırlıqqaldırma Federasiyası adından xüsusi hədiyyələr təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı