AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib
17 may 2025 549
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil həvəskarları üçün maraqlı layihə təqdim olunub.
Mayın 17-də paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək “Sürətin evolyusiyası” layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilib.
Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub.
Sərgi səhər saatlarından axşam 19-dək nəzərdə tutulub və gün ərzində ziyarətçiləri, retro avtomobil həvəskarlarını bir araya toplayıb.
Sərgidə Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunub.
Bununla da AAF klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olub. Avqust ayının sonunda isə AAF paytaxtda klassik avtomobillərin yürüşünü təşkil edəcək.
Qeyd edək ki, mayın 18-də “Sürətin evolyusiyası” sürət avtomobillərinin və “Supercar”ların nümayişi ilə davam edəcək. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı