ABŞ-ın 14 güləş mütəxəssisi Azərbaycana gəlib
17 may 2024 1273
ABŞ səfirliyinin təşəbbüsüylə bu ölkədən qadın güləşi üzrə 14 mütəxəssis ölkəmizdə səfərdədir.
Mayın 14-dən 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, idmançılara master-klass keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparılacaq.
Dünən bu məqsədlə nümayəndə heyəti Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında olub. Qadın güləşi üzrə millinin məşqçilər heyəti və güləşçilərlə görüşən qonaqlar komandanın məşq prosesində yaxından iştirak edib. Sonda xatirə şəkli çəkdirilib və federasiya tərəfindən amerikalı məşqçilərə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Göygöl, Lənkəran və Masallıda yerləşən olimpiya idman komplekslərində də analoji tədbirdə iştirak edəcək. Səfərin məqsədi ölkəmizdə qadın güləşinin inkişafına və təbliğatına dəstək verməkdir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı



