ACF-in məşqçilər üçün peşəkar inkişaf proqramı davam edir
14 may 2025 601
Azərbaycan Cüdo Federasiyasının Şəkidə şimal-qərb regionunun cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının ikinci günündə ilkin yardımla bağlı təlim keçirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən, təlimdə idman zamanı baş verə biləcək zədələr - xüsusilə travmalar, burxulmalar və huşun itməsi hallarında göstəriləcək ilkin müdaxilə üsullarından bəhs olunub. Məşqçilərə, həmçinin zədələnmiş idmançının vəziyyətini qiymətləndirmək və həkim gələnə qədər təhlükəsiz şərait yaratmaq qaydaları izah edilib. Təlimin sonunda təşkil olunan imtahanı uğurla başa vuran məşqçilərə beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.
Günün praktiki sessiyası isə "ne-waza" - yerdə tətbiq olunan texnikalara həsr edilib. Təlimatçılar "osaekomi-waza"ya daxil olan bütün saxlama fəndlərini nümayiş etdiriblər. Həmçinin bu fəndlər, onlardan yayınma yolları və uyğun kombinasiyalar Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının imtahan formatına uyğun şəkildə izah olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı