AFFA-nın prezidenti və vitse-prezidenti FIFA-nın daimi komitələrinə üzv seçiliblər
09 oktyabr 2025 - 17:55 346
FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb. Bu addımın məqsədi FIFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.
AFFA-nın rəsmi saytına istinadən, bu prosesin nəticəsi olaraq, FIFA Şurasının son iclasında 2025-2029-cu illər dövrü üçün qurumun Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.
Şuranın qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub.
Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.
Yeni təyinatlar FIFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı