AFFA-nın təşkilatçılığı ilə uşaq evində görüş keçirilib
21 aprel 2025 806
AFFA-nın təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq Evi sosial xidmət müəssisəsində yaşayan uşaqlarla Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə II kurs tələbələri arasında görüş təşkil olunub.
Görüşün baş tutmasında əsas məqsəd tələbələrə cəmiyyətin həssas təbəqələrinə qarşı empatiya hissinin aşılanması, sosial məsuliyyətin inkişaf etdirilməsi və mənəvi dəstək göstərməklə uşaqlara sevinc bəxş etməkdir.
Tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Sosial və ətraf mühit dayanıqlığı üzrə menecer Kifayət Mustafayeva, 3 saylı Uşaq Evinin direktoru Günay Manafova uşaqları salamlayıblar.
Tələbələr uşaqlarla vaxt keçirərək, onlara təhsilin faydaları haqqında məlumat veriblər. Tədbirin sonunda uşaq evində yaşayan uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı