AFFA-nın yeni baş katibinin adı açıqlanıb
03 fevral 2025 828
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Bir sıra mühüm qərarların qəbul edildiyi iclasda AFFA-nın baş katibi vəzifəsinə yeni təyinat olub.
Belə ki, Cahangir Fərəcullayevin qurumun yeni baş katibi təyin edilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Cahangir Fərəcullayev 1981-ci ildə Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomları ilə bitirib.
O, 2004-2019-cu illərdə Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.
2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı