AGF-də yeni Komitə təsis edilib
13 may 2026 - 21:59 349
Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsi təsis edilib.
AGF-nin İcraiyyə Komitəsinin qərarı ilə 5 nəfər üzvdən ibarət tərkibdə formalaşdırılan Etika və İntizam Komitəsinin (Komitə) ilk iclası keçirilib. İclasda Komitənin sədri Hüseyn Əliyev (ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis), üzvlər – Həsənağa Rzayev (MOK-un İdman idarəsinin müdiri), Xəzər İsayev (MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri), Firdovsi Umudov (Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi) və Əlibaba Əliyev (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Komitənin katibi), eləcə də AGF-nin Baş Katibi Pərvin Piriyev iştirak edib.
İclasda AGF-nin İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilmiş Etika Məcəlləsi, Komitənin Əsasnaməsi və İntizam və Mübahisələrin Həlli Qaydaları müzakirə edilib, həmin daxili sənədlərin tətbiqiylə bağlı fikir mübadiləsi aparılıb, həmçinin Komitənin gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.
Məlumat üçün qeyd edirik ki, 4 illik müddətə seçilmiş Komitənin əsas vəzifələri qeyri-etik davranışların qiymətləndirilməsi, preventiv tədbirlərin təşkili, maarifləndirici təşəbbüslərin reallaşdırılması, ədalətli oyun (Fair Play) və etik prinsiplərə nəzarət, “Safeguarding” (şəxsiyyətin qorunması) məsələlərinə nəzarət, sanksiyalar barədə qərarların qəbul edilməsindən ibarətdir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
