Ağırlıqqaldıranımız Avropa birinciliyində 2 gümüş medal qazanıb
31 iyul 2025 - 14:33 490
Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın paytaxtı Madriddə təşkil olunan U-15 Avropa birinciliyində 2 gümüş medal qazanıb.
Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Son yarış günündə mübarizəyə qoşulan idmançı birdənqaldırma hərəkətində 122 kq nəticə ilə ikinci olub. Daha sonra təkanlaqaldırma hərəkətində 147 kq çəkininin öhdəsindən gəlib.
İki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet yenidən gümüş medal qazanıb.
Qeyd edək ki, bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov toplamda 218 kq (102+116) nəticə ilə Avropa birinciliyini 6-cı pillədə başa vurub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı