Ağırlıqqaldıranlarımız dünya birinciliyində iştirak edəcəklər
17 sentyabr 2024 1116
Azərbaycanın gənc ağırlıqqaldıranları sentyabrın 19-27-si aralığında İspaniyanın Leon şəhərində keçiriləcək dünya birinciliyində iştirak edəcəklər.
Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq) və Nurlan Məmmədzadə (89 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, turnirə 60-a yaxın ölkədən 367 (168 qadın, 199 kişi) idmançı qatılacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı