Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11 may 2026 - 19:51 39
Mayın 11-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən seçkilərdə Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin ən gənc yeni prezidenti seçilib.
Vəzifəyə üç namizəd irəli sürülsə də, səsvermə günü siyahıda yalnız Omorkanov qalıb. Bundan əvvəl namizədlər arasında Voleybol Federasiyasının prezidenti Elmurza Satıbaldıyev və Qırğızıstan Futbol İttifaqının birinci vitse-prezidenti Nurdin Bukuyev də var idi.
29 yaşlı Omorkanov 2021-ci ildən vitse-prezident vəzifəsini tutur və Beynəlxalq Buzüstü Hokkey Federasiyası (IIHF) Şurasının üzvüdür. Bundan əlavə, o, Qırğızıstan Hokkey Federasiyasının baş katibidir. O, həmçinin triatlon üzrə idman ustası, velosiped idmanı üzrə idman ustalığına namizəd, Ironman və Ironman 70.3 məsafələrində Qırğızıstanın rekordçusudur. 2020-ci ildə o, öz yaş kateqoriyasında Ironman 70.3 dünya reytinqində birinci yeri tutub.
MOK-un əvvəlki prezidenti Umbetalı Kıdıralıyev Paris Olimpiya Oyunlarından sonra öz xahişi ilə istefa verərək, bu ilin mart ayında vəzifəsindən ayrılmışdı.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Ümummilli Lider ... Ətraflı
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ümummilli Lider Heydər ... Ətraflı