Akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb
07 noyabr 2024 1329
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.
Yarışdan öncə rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev adına İdman Konsert Kompleksində reallaşan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Turnirdə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 73 idmançı qüvvəsini sınayır.
Çempionatda qadın cütlükləri (uşaqlar 2008-2013; balacalar 2009-2018-ci il), kişi cütlükləri (böyüklər 2009-cu il və daha böyük), qarışıq cütlüklər (böyüklər 2009-cu il və daha böyük), qadın qrupları (uşaqlar 2008-2013; yeniyetmələr 2006-2012; gənclər 2005-2010; böyüklər 2009-cu il və daha böyük) və kişi qrupları (yeniyetmələr 2006-2012; böyüklər 2009-cu il və daha böyük) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, 29-cu ölkə çempionatı və Bakı birinciliyinə noyabrın 9-da yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı