Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı
10 avqust 2024 - 15:30 2798
Azərbaycan Olimpiya Komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti gümüş medalını qazanıb.
Bu uğura dünya çempionu, Tokio-2020-nin bürünc mükafatçısı Alfonso Dominqes (92 kq) nail olub.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan boksçumuz ilk rəqibi kubalı Xulio Sesar la Krusa olub. Görüşü qələbə ilə başa vuran təmsilçimiz 1/4 finala vəsiqə qazanıb. Boksçumuz 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan), yarımfinalda isə Enmanuel Reyes Playa (İspaniya) qalib gələrək finala vəsiqə qazanıb.
Həlledici mərhələdə boksçumuzun rəqibi özbəkistanlı Lazizbek Mullojonov olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə məğlub olan Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarında komandamıza gümüş medal qazandırıb.
Boks yarışlarını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev və nazir müavini Mariana Vasileva da izləyib.
Qeyd edək ki, Azərbaycan idman tarixinə iki Olimpiya medalı qazanan ilk boksçudur.
Bənzər xəbərlər
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı
Qış Olimpiya Oyunları: Azərbaycan nümayəndə heyəti paraddan 11-ci keçəcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı







