Ali Tsokayev dünya üçüncüsü oldu
14 avqust 2023 1536
İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı start götürüb.
Yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Ruslan Abdullayev (57 kq) almaniyalı David Kiferə tam üstünlüklə qalib gəlib – 10:0. Avropa çempionumuz növbəti mərhələdə iranlı Əhməd Mohammadnejadcavanı “tuş”la üstələyərək yarımfinala yüksəlib. Amerikalı Luk Lilledalla görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrə qədər 9:5 hesabıyla öndə olan həmyerlimiz bir səhvin qurbanı olub və “tuş”la uduzub. Abdullayev sabah bürünc medal uğrunda görüşdə isə ermənistanlı Edik Harutyunyana məğlub olub - 4:8.
Ramik Heybətov (65 kq) debütdə rusiyalı Dalqat Abdulkadirovla bacarmayıb – 0:7.
Mircavad Nəbiyev (70 kq) 1/8 finalda amerikalı Meyer Şapirova 4:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Nəbiyev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mircavad yaponiyalı Yuma Tomiyama ilə qarşılaşmadan da məyus ayrılıb - 2:9.
Ali Tsokayev (79 kq) polşalı Mateuş Pedziçki (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olub – 4:8. Tsokayev iranlı Fərzad Saficahanşahiyə tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.
Zəfər Əliyev (97 kq) ilk mərhələdə ermənistanlı Xaçatur Xaçatryana (7:0) heç bir şans tanımasa da, 1/8 finalda qazaxıstanlı Kamil Kuruqliyevə 2:5 hesabıyla uduzub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı