Almaniya 2029-cu ildə Avropa çempionatına ev sahibliyi edəcək
03 dekabr 2025 - 20:09 468
Almaniya 2029-cu ildə qadınlar arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Bu barədə UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasında qərar qəbul olunub. Çempionatın oyunları Münxen, Dortmund, Köln, Frankfurt, Düsseldorf, Leyptsiq, Hannover və Volfsburq şəhərlərində keçiriləcək.
Avropa çempionatına ev sahibliyi uğrunda Almaniyadan başqa Polşa, həmçinin Danimarka və İsveç birlikdə yarışıb.
Almaniya üçüncü dəfə bu çempionatı təşkil edəcək. Ölkə 1989-cu və 2001-ci illərdə Avropa çempionatına ev sahibliyi edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı