Almaniya 2029-cu ildə qadın futbolçuların Avropa çempionatına ev sahibliyi etmək istəyir
13 mart 2025 801
Almaniya Futbol Federasiyası (DFB) 2029-cu ildə keçiriləcək qadınlar arasında Avropa çempionatına (AVRO-2029) ev sahibliyi ilə bağlı UEFA-ya rəsmi qaydada müraciət edib.
“Bild” qəzetinə istinadən, 650 səhifəlik ilkin namizədlik sənədində UEFA-nın tələb etdiyi bütün məsələlər əksini tapıb.
Almaniya çempionatda yeni tamaşaçı rekordu qırmağı planlaşdırır. Mövcud rekord İngiltərədə keçirilən AVRO-2022-yə aiddir. Həmin turnirin oyunlarını ümumilikdə 575 minədək azarkeş izləyib.
DFB çempionatın oyunları üçün namizəd şəhərlərin ilkin siyahısını da müəyyən edib. Siyahıya Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelsenkirxen, Hannover, Köln, Leyptsiq, Münxen, Rostok və Volfsburq daxildir.
Lakin Almaniya yeganə namizəd deyil. Portuqaliya, İtaliya, Polşa, eləcə də Skandinaviya ölkələri - İsveç və Danimarka da turnirə ev sahibliyi etmək niyyətindədir. Rəqiblərindən fərqlənmək üçün DFB mart ayında – Beynəlxalq Qadınlar Günündə – AVRO-2029-un loqosunu və “Birlikdə yüksəlirik” (Together WE Rise) şüarını təqdim edib.
Çempionata ev sahibliyi ilə bağlı yekun qərar dekabrda UEFA İcraiyyə Komitəsi tərəfindən veriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı