Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb
24 oktyabr 2024 768
Oktyabrın 25-də Almaniyanın Kotbus şəhərində start götürəcək batut gimnastikası üzrə “GymCity Open” beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.
Üç gün davam edəcək yarışda fərdi gimnastlar Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşalıyev, Fərhad Mustafayev, Ömər Qasımlı mübarizə aparacaqlar.
Sinxron çıxışlarda isə Hüseyn Abbasov - Nicat Mirzəyev, Əli Niftəliyev - Ammar Baxşalıyev və Fərhad Mustafayev - Ömər Qasımlı cütlükləri bacarıqlarını göstərəcəklər.
Onlara məşqçilər Vladimir Şulikin və Abdulla Qasımov rəhbərlik edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı