AMADA Kanoe və Avarçəkmə Federasiyasının gənc idmançıları üçün seminar keçib
25 iyun 2025 - 15:40 512
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizdə dopinqə qarşı mübarizənin gücləndirilməsi və idmançılar arasında maarifləndirmə işinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
AMADA-dan verilən məlumata görə, bu çərçivədə növbəti maarifləndirici seminar Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının gənc idmançıları üçün təşkil olunub.
Seminarın əsas məqsədi idmançılara antidopinq qaydaları, onların hüquqları və öhdəlikləri, eləcə də dopinqə qarşı mübarizənin əsas prinsipləri haqqında dolğun məlumat təqdim etmək olub.
Görüş zamanı qadağan edilmiş maddələr və üsullar, dopinq nəzarətinin mərhələləri, idmançının fərdi məsuliyyəti və nəticələrin idarə edilməsi prosesi barədə ətraflı izahlar verilib. Bildirilib ki, bəzən idmançılar bilmədən və ya diqqətsizlik ucbatından qadağan edilmiş maddələr qəbul edə bilirlər. Buna görə də, hər bir idmançı qəbul etdiyi preparatların tərkibini diqqətlə yoxlamalıdır.
Tədbir interaktiv şəkildə təşkil olunub və iştirakçıların antidopinq mövzusunda sualları ətraflı cavablandırılıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı