AMADA-nın icraçı direktoru Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
10 noyabr 2023 535
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə Avropa Şurasının (AŞ) Antidopinq Konvensiyası (T-DO) Monitorinq Qrupunun 57-ci iclasında iştirak edib.
Noyabrın 9-da Fransanın Strasburq şəhərində başlayan açıq plenar iclas institusional və inzibati məsələlərə, o cümlədən ötən iclasın gündəliyinin və hesabatının qəbuluna həsr olunub. Nümayəndə heyətləri Əlaqələndirici Qrupun fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlara, Katibliyin hesabatına və digər işçi sənədlərə baxıblar. T-DO məsləhət qrupları təhsil və elmi məsələlər, o cümlədən hüquqi və digər aspektlər üzrə yenilikləri təqdim ediblər.
Noyabrın 10-da iclasda antidopinq standartlarının müəyyən edilməsi məsələləri, o cümlədən antidopinq agentlərinin farmakoloji siniflərinin qəbulu, T-DO-nun strategiyası və əməliyyat proqramı üzrə tərəqqi hesabatı, antidopinq sahəsində ədalətli proses üçün tövsiyələrin icrası müzakirə olunub.
İştirakçı ölkələrdə monitorinq məsələləri qiyabi müzakirə olunub, Belçika, Fransa, Macarıstan və Albaniya üçün ətraflı qiymətləndirmələr aparılıb. İclas illik Milli Antidopinq Siyasəti Sorğusunun müzakirəsi və gələcək görüşlərin planlaşdırılması ilə yekunlaşıb.
İclasda, həmçinin Avropa Şurasının digər qurumları və xarici tərəfdaşlarla əməkdaşlığın müzakirəsi də tədbirin gündəliyində yer alıb.
Tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin Tibbi təminat sektorunun məsləhətçisi Azər Məmmədov, AMADA-nın Elm şöbəsinin müdiri Rüfət Efendiyev və Hüquq şöbəsinin rəhbəri Fərhad Abasov da iştirak ediblər.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı