AMADA-nın Müşahidə Şurasının 2025-ci ildə ilk iclası keçirilib
25 fevral 2025 838
Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə ilk iclası keçirilib.
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, iclasda Müşahidə Şurasının 2025-ci il üzrə Yol Xəritəsi müzakirə olunub. Sənəd AMADA-nın strateji inkişaf istiqamətlərini müəyyənləşdirir və dopinqlə mübarizənin gücləndirilməsinə yönəlmiş əsas tədbirləri əhatə edir.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə ötən ilin əhatə olunduğu təqdimatla çıxış etdikdən sonra 2024-cü ilin nəticələri, strategiya üzrə məqsədlər və maliyyə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, AMADA şəffaflıq və keyfiyyətə nəzarət üzrə beynəlxalq standartları tətbiq etmək, Azərbaycanda və dünyada idmanın inkişafına töhfə vermək, təmiz idmanı təşviq etmək öhdəliyinə sadiqdir və bu sahədə fəaliyyətini davam etdirəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı