AMADA üzgüçülər üçün antidopinq seminarı keçirib
24 may 2025 636
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə qarşı mübarizənin gücləndirilməsi və idmançılar arasında maarifləndirmənin artırılması məqsədilə fəaliyyətini davam etdirir.
AMADA-dan verilən məlumata görə, bu istiqamətdə növbəti addım kimi Azərbaycan Üzgüçülük Federasiyasının gənc idmançıları üçün antidopinq seminarı keçirilib.
Seminarın əsas məqsədi idmançılara antidopinq qaydaları, idmançıların hüquq və vəzifələri, dopinqə qarşı mübarizə strategiyaları barədə ətraflı məlumat vermək olub.
Tədbir zamanı qadağan edilmiş maddələr və metodlar, dopinq nəzarəti prosesi, idmançının məsuliyyəti və nəticələrin idarə olunması barədə vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, bəzi hallarda idmançılar bilmədən və ya səhvən qadağan edilmiş maddələr qəbul edə bilirlər. Bu səbəbdən, hər bir idmançı istifadə etdiyi dərmanın tərkibini diqqətlə araşdırmalıdır.
Seminar interaktiv formatda keçirilib və iştirakçıların antidopinqlə bağlı sualları cavablandırılıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı