Amerikalı xizəkçi üçüncü dəfə əməliyyat olundu
13 fevral 2026 - 14:37 365
Milan və Kortina-2026 Qış Olimpiya Oyunlarının xizəksürmə yarışında yıxılan amerikalı Lindsi Vonn növbəti dəfə cərrahiyə əməliyyatı keçirib.
Vankuver-2010 Qış Olimpiya Oyunlarının qalibi olan 41 yaşlı idmançı xəstəxanadakı durumu barədə paylaşım edib. "Artıq üçüncü dəfə uğurlu əməliyyatımı keçirdim. Sağlamlığımda irəliləyiş əldə edirəm. Yanımda olan bütün tibb işçilərinə, yaxın dostlara və ailəmə, eləcə də dünyanın hər yerindən insanların böyük sevgi və dəstəyinə görə minnətdaram. Həmçinin, komanda yoldaşlarıma və hazırda yarışan ABŞ millisinin heyətində çıxış edən bütün idmançılara uğurlar diləyirəm. Onlar öz uğurları ilə mənə ilham verir və azarkeşlik etmək üçün səbəb bəxş edirlər", -deyə Vonn sosial media hesabında yazıb.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı