Amerikalılar yarım əsrdən sonra fərqlənə bildilər
11 fevral 2026 - 19:23 363
ABŞ millisinin heyətində Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına gələn 25 yaşlı amerikalı xizəkçi Ben Oqden klassik sprint yarışında gümüş medal qazanıb.
Bu nailiyyətlə o, 50 illik nəticəni yeniləyib. Oqden yalnız yeddiqat Olimpiya çempionu norveçli Yohannes Kleboya uduzaraq ikinci yeri tutub.
Məlumat üçün bildirək ki, amerikalı kişi xizəkçiləri düz 50 ildir ki, Olimpiya medalı qazana bilmirdilər. Sonuncu dəfə bu uğuru 1976-cı ildə Monreal Olimpiadasında Bill Kox əldə etmişdi. O, 30 km məsafədə gümüş medala layiq görülmüşdü.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı