Amil Ramazanov: "Əminəm ki, yenə qızıl medallar qazana biləcəyəm"
16 oktyabr 2024 1112
Əminəm ki, yenə qızıl medallar qazana biləcəyəm.
"Mingəçevir reqatası-2024” beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycan təmsilçisi Amil Ramazanov deyib.
2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı çox sevindiyini bildirib:
"Bu, ilk beynəlxalq yarışım idi. Sabah Füzulidə, ardınca isə yenidən Mingəçevirdə mübarizə aparacağıq. Əminəm ki, növbəti dəfə də qızıl medallar qazana biləcəyəm. Reqataya yaxşı hazırlaşmışdıq. Bütün çətinliyə dözdük. Qızıl medalı çox istəyirdim. Bunu əldə etdiyim üçün sevinirəm".
Qeyd edək ki, "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı