Ana və oğul Qış Olimpidasının tarixinə düşdülər
17 fevral 2026 - 17:10 266
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında maraqlı hadisələr və rekordlar bir-birini əvəz edir. Qış Olimpiya Oyunlarında ilk dəfə olaraq ana və oğul yarışlarda iştirak edib.
Bu rekordun qəhrəmanları Meksikanı təmsil edən 46 yaşlı amerikalı dağ xizəkçi Sara Şleper və onun 18 yaşlı oğlu Lasse Qahioladır.
Qeyd edək ki, Şleper super nəhəng slalom və nəhəng slalom yarışlarında iştirak edib. Onun oğlu Lasse Qahiola Oyunlarda nəhəng slalom və slalom yarışlarında qüvvəsini sınayıb. Məlumat üçün bidirək ki, Şleper dağ xizəkçiləri arasında Olimpiya Oyunlarında ən çox iştirak rekorduna sahibdir. İtaliyadakı Oyunlar Saranın karyerasında yeddincidir. O, həmçinin olimpiada tarixində ən yaşlı dağ xizəkçisi sayılır. O, fevralın 19-da 47 yaşını qeyd edəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı