Anar Babanlı boks tarixində yeni nailiyyətə imza atdı
09 iyun 2026 - 20:08 274
Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı hakimlər üzrə ekspert imtahanından uğurla keçib.
Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, bu nailiyyətə Taylandın paytaxtı Banqkokda gənclər arasında baş tutan Olimpiya Təsnifat Kubokunda imza atıb.
“World Boxing” lisenziya xarakterli yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini, Babanlının bundan sonra hakimlərin işini qiymətləndirəcəyini açıqlayıb. Bu, Azərbaycan boks tarixinə ilk kimi düşüb.
Anar Babanlı Tokio-2020 Yay Olimpiya Oyunlarında, 2 dünya, 10-dan çox Avropa və Asiya çempionatlarında referilik edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı