Anar Bağırov: Şəhər planlaşdırması zamanı idman mütəxəssislərinin də rəyi öyrənilməlidir
20 may 2026 - 14:26 112
Park və məktəb həyətləri yalnız yaşıllıq üçün istifadə olunmalı deyil. Burada idmanla bağlı da yenilik olmalıdır. Bunun üçün planlaşdırma zamanı idman mütəxəssislərinin də rəyi öyrənilməlidir.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) Xarici Əlaqələr idarəsinin müdiri Anar Bağırov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərdə idmanın inteqrasiyası” mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, şəhər vacib infrastruktura çıxışı təmin edir: "Hər il minlərlə gənc idman tədbirlərində çıxış edir. Biz idmanla bağlı proqramlar təşkil edirik. İdmanı gündəlik həyat tərzinə çevirmək lazımdır".
Anar Bağırovun sözlərinə görə, MOK idmanla gündəlik həyat arasında körpü yaradır: “Peşakar olmayan idmançılara da dəstək veririk ki, onlar sağlam həyat tərzinə qovuşsunlar. İdman yalnız çempion olmaqla bitmir. Biz, həmçinin təhlükəsiz idmana önəm veririk. Düşünürük ki, təkcə çempion yox, gələcək üçün yaxşı insan yetişdirməliyik".
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə ... Ətraflı


