Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
20 may 2025 753
Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq.
Bakı Şəhər Halqasından bildirilib ki, bu ilin ən çox gözlənilən tədbirlərindən biri – Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi yalnız sürət, rəqabət və texnologiya ilə deyil, eyni zamanda, qeyri-adi musiqilər ilə yadda qalacaq.
Qran-Pri idman yarışı olmaqla bərabər, həm də festival ab-havasıdır. Hər il olduğu kimi, bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmaz anlar vəd edir.
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə 4 günlük bilet sahibləri konsertdə iştirak edə biləcəklər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı