AOK-un Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib
25 mart 2026 - 17:11 459
Martın 25-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının iclası baş tutub.
İclasda ölkəmizi Milli Olimpiya Komitəsinin xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edib.
Görüşdə Avropa İttifaqının idman siyasətinin prioritet istiqamətləri, idman layihələri üçün mövcud maliyyə imkanları və idmançıların hüquqlarının qorunması kimi mühüm mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Avropa Komissiyasının Nəsillərarası Ədalət, Gənclər, Mədəniyyət və İdman üzrə komissarı Glenn Micallef (Malta) ilə rəsmi görüş keçirilib. Görüş zamanı idman sahəsində beynəlxalq əməkdaşlıq imkanları, gənclərin idman hərəkatında rolu və gələcək birgə layihələrin perspektivləri müzakirə edilib.
Ümumilikdə, bu iclas Avropa Olimpiya Komitələri ilə Avropa Komissiyası arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və gələcək fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib.
Müzakirələr nəticəsində idman sahəsindəki mövcud çağırışlara qarşı birgə yanaşmaların tətbiqi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi qərara alınıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

