Argentinalı pilot “Alpine”də
10 yanvar 2025 786
“Alpine” komandası Franko Kolapinto ilə müqavilə imzalayıb. Bu barədə Fransa komandasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, argentinalı pilot yarış komandasına sınaq və ehtiyat sürücü kimi qoşulacaq.
Qeyd edək ki, 21 yaşlı Kolapinto Formula 1-də Niderland Qran Prisindən sonra Loqan Sargenti əvəzləyərək, “Williams” komandası üçün yarışmışdı. Lakin o, Britaniya komandasında rəqabətə davam gətirə bilməmişdi. Çünki komandanın Aleks Albon və Karlos Saynz kimi pilotları var.
“Alpine” komandası keçən mövsümü sürücülərin ümumi hesabında altıncı yerdə başa vurmuşdu.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı