Xəbərlər

Artıq daha bir bölgəmizdə böyük basketbol olacaq 

29 sentyabr 2023 315

Azərbaycan Basketbol Liqasında 2023/24 -cü illər mövsümündə iştirak edəcək NTD Bakı basketbol klubunda, ad və məkan dəyişikliyi baş tutub. Beləki, bu gündən etibarən yeni adı ilə Xaçmaz rayonunu təmsil edəcək olan NTD-INDIGO Xaçmaz basketbol klubu, ev oyunlarını Xaçmaz Olimpiya İdman Kompleksində keçirəcək. Son tamamlanma işlərinin ardından, Xaçmaz Olimpiya İdman Kompleksinin basketbol zalı oyunları qəbul  etməyə tam hazır vəziyyətdədir. Məlumat üçün bildirək ki, NTD-INDIGO Xaçmaz klubu, ev oyunlarını Bakıdan kənarda keçirəcək beşinci basketbol komandası olacaq.